28 yaşlı gənc intihara cəhd etdi

8 İyun 2018 17:46 (UTC+04:00)

Goranboy rayonunda 28 yaşlı gənc intihara cəhd göstərib.
"Report"un Qərb bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Vüsal Taleh oğlu Həsənov yaşadığı evdə özünü asaraq öldürməyə çalışıb. 
O, yaxınları tərəfindən xilas edilərək xəstəxanaya aparılıb, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.