Deputat “Şöhrət” ordeni ilə təltif edilib

8 İyun 2018 13:19 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev  deputat İmamverdi İsmayılovun təltif edilməsi haqqında sərəncam imzalayıb. 
Movqe.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İmamverdi İbiş oğlu İsmayılov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, iyunun 10-da İmamverdi İsmayılovun 60 yaşı tamam olur. O, 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olub.
1995-ci ildən Milli Məclisin deputatıdı.