Keşlədə əməliyyat: 18 kq-dan çox marixuana aşkarlandı

8 İyun 2018 15:12 (UTC+04:00)

Ağdaş sakinindən 18 kq-dan çox marixuana götürülüb.

DİN-dən Movqe.az-a  verilən məlumata görə, Nizami RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Keşlə qəsəbəsinin ərazisində Ağdaş rayon sakini, əvvəllər də narkotikə görə məhkum olunmuş Rövşən Hacıyevdən 18 kiloqram 200 qram marixuana götürülüb.