"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" Lənkəranda ilk Formunu keçirib

8 İyun 2018 12:12 (UTC+04:00)

Bu gün  "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində Forum keçirib. Movqe.az-ın xəbərinə görə, "Bakıda və regionlarda Valideyn Forumunun və valideyn-uşaq yay istirahət turlarının təşkili layihəsi" çərçivəsində  Lənkəranda 2 saylı şəhər məktəbində ilk Valideyn Forumu baş tutub. Forumda Lənkəran rayonun müxtəlif məktəblərindən valideynlər, məktəb iştirakçıları, Rayon Təhsil Şöbəsinin nümayəndələri istirak etmislər. Valideynlər təhsilin aktual problemləri və təhsilin inkişafı ilə bağlı muxtəlif maraqlı təkliflərlə çıxış edibilər.