MİDA-nın Aparat rəhbəri vəzifəsinə təyinat olub

8 İyun 2018 16:08 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanıında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri vəzifəsinə təyinat olub.
"Report" xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. 
Əmrə əsasən, Çingiz Qədimov MİDA-nın Aparat rəhbəri vəzifəsinə təyin edilib. 
O, əvvəllər agentliyin Hüquq və nəzarət şöbəsinin daxili nəzarət sektorunun müdiri işləyib. 
Qeyd edək ki, əvvəllər MİDA-nın Aparat rəhbəri vəzifəsini Anar Quliyev tutub. O, bir müddət əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.