Orta yaşlı kişi intihara cəhd etdi

11 İyun 2018 14:27 (UTC+04:00)

 

Gəncə şəhər sakini intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1974-cü il təvəllüdlü Gəncə şəhər sakini Vəliyev Cavanşır Həmid oğlu yaşadığı evdə qəbul etdiyi müxtəlif dərmanlardan zəhərlənib.

O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. 

Qohumlarının bildirdiyinə görə, psixoloji problemləri olan C.Vəliyev özünü zəhərləyərək öldürmək istəyib. 

Faktla bağlı araşdırma aparılır.