Bakı-Quba yolunda ölüm

10 İyun 2018 17:38 (UTC+04:00)

Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Movqe.az-ın report-a istinadən məlumatına görə, hadisə magistral yolun Abşeron rayonuna düşən hissəsində, "pəhləvanların obyekti" kimi tanınan ərazidə olub.

Təxminən 30-35 yaşlarında olan kişi Bakı-Quba yolunu keçmək istəyərkən qarşı tərəfdən sürətlə gələn avtomobil tərəfindən vurulub. O, elə hadisə yerində dünyasını dəyişib. Hazırda həmin kişinin şəxsiyyəti müəyyənləşdirilir.