Bakıda 6 yaşlı uşaq metronu bir-birinə qatdı - Mənə tərbiyə verməyiblər

11 İyun 2018 11:49 (UTC+04:00)

Ötən gün günorta saatlarında Bakının "Nizami" metro stansiyasında sərnişinlər qəribə hadisənin şahidi olublar.

Movqe.az bildirir ki, Milli.Az-a daxil olan məlumata görə, metroya düşən 6 yaşlı qız platformadakı sərnişinlərin diqqətini çəkib. Təkbaşına platformadakı oturacaqlardan birində əyləşib üzü "Həzi Aslanov" istiqamətində qatar gözləyən uşağa yaxınlaşan sərnişinlər gözlənilməz reaksiya ilə qarşılaşıblar.

Azyaşlı qız "Nə yığışmısınız bura, dağılışın" deyərək kənardakıların daha çox diqqətini çəkib.