Azərbaycan və Ermənistan liderlərinin Mokvada görüşü planlaşdırılmır

11 İyun 2018 14:05 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada görüş planlaşdırılmır.

Movqe.az-ın məlumatına görə, bu barədə "İntefax" agentliyinə Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyan bildirib.

"Nikol Paşinyan və İlham Əliyevin Moskvada görüşünə dair hazırda heç bir razılaşma yoxdur", - deyə o vurğulayıb.

Qeyd edək ki, İlham Əliyev və Nikol Paşinyan futbol üzrə dünya çempionatının iyunun 14-də Moskvada keçiriləcək açılış mərasimində iştirak edəcəklər.