Kim Çen In Trampla qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlıdır

12 İyun 2018 08:52 (UTC+04:00)

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlıdır.

Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu KXDR lideri ABŞ prezidenti ilə keçirdiyi təkbətək görüşdən sonra bəyan edib.

“Çətin olsa da, biz ABŞ-la əməkdaşlıqda maraqlıyıq”, deyə Kim Çen In vurğulayıb.