“Polonez”lər Azərbaycan Ordusunun silahlanmasına daxil edilib

12 İyun 2018 11:21 (UTC+04:00)

“Polonez” reaktiv atəş sistemləri Azərbaycan Ordusunun silahlanmasına daxil edilib.

Bu barədə Movqe.az-a MN-dən məlumat verilib.  

Məlumatda bildirilir ki, 301 mm-lik “Polonez”lər Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilib.