Qarabağ Gerrye ilə yeni müqavilə imzaladı

12 İyun 2018 11:35 (UTC+04:00)
Qarabağ futbolçusu Donald Gerrye ilə yeni müqavilə imzalayıb.
Movqe.az-ın goal.az-a istinadən məlumatına görə, bu barədə haitili yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında deyib. O, Ağdam klubu ilə müqavilənin müddətini daha 1 il uzatdığını bildirib. D.Gerrye bu həftə komandsında Çempionlar Liqasına hazırlıq üçün məşqləri bərpa edəcəyini vurğulayıb.
Qeyd edək ki, Donald Gerrye ötən ilin yayından Qarabağ-ın şərəfini qoruyur.