Zidan gələcək karyerası barədə danışdı

12 İyun 2018 11:43 (UTC+04:00)

Real Madrid komandasının keçmiş baş məşqçisi Zinəddin Zidan gələcək karyerası barədə danışıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis milli komanda ilə işləmək barədə düşünmür.

“Hazırda əsas məsələ Fransa millisini dünya çempionatında dəstəkləməkdir. Mən Fransa millisini dəstəkləyirəm .Çox istərdim ki,doğma komandam ikinci dəfə dünya çempionu titulunu əldə etsin”, - deyə  Zidan vurğulayıb. Keçmiş baş məşqçi bir müddət dincəlmək  istədiyini bildirib.

Hazırda Fransa millisinə1998-ci ildə Zidanla birlikdə dünya çempionu olan Didye Deşam rəhbərlik edir. Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre bildirib ki, Zinəddin Zidan  gələcəkdə yenidən Fransa millisinin baş məşqçisi postunu tuta bilər.”Lakin bu məsələyə 2020-ci ildən tez baxıla bilməz. Çünki Fransa millisin indiki baş məşqçisi Didye Deşamın müqaviləsi məhz  2020 - ci ildə başa çatacaq “,- deyə federasiya prezidenti əlavə edib.