Milli Məclisin növbədənkənar iclasının gündəliyi dəyişdirilib

12 İyun 2018 12:37 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasının gündəliyi dəyişdirilib.

Movqe.az-ın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, müəyyən səbəblərdən 13-cü məsələnin müzakirəsi təxirə salınıb və iclasın gündəliyində 22 məsələ qalıb.

Qeyd edək ki, 13-cü məsələ "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri nəzərdə tuturdu.