Bakıda mənzildən kişi meyiti tapıldı

12 İyun 2018 13:34 (UTC+04:00)

Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Movqe.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Rüstəmov Elxan İldrım oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb​