ADAU-nun əməkdaşları Yevlax və Bərdə rayonlarında olub

12 İyun 2018 14:48 (UTC+04:00)

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU)  bir qrup əməkdaşı Yevlax və Bərdə rayonlarında olub, təhsil müəssisəsinin maddi-texniki bazası, sürətli inkişaf ömrü, ölkə başsının aqrar təhsilə qyğısı barə ətraflı məlumatlar verib, çoxsaylı sualları cavablandırıblar

            Görüşlərdə çıxış edən məsul katib Telman Musayev Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü-torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik,  meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 manat əlavə təqaüd veriləcəyini diqqətə çatdırıb. Bildiribki, aqraryönümlüixtisaslarınhamısıdövlətsifarişlidir. Tələbələryüksəktəhsilləyanaşımüasirstandartlaracavabverəntələbəevlərindəyaşayışyerləri  ilədətəminolunurlar.

            Digər çıxış edənlər də aqrar sahəyə və aqrar təhsilə diqqət və qayğıdan, Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının ən müasir standartlara uyğun yenidən qurulmasından, iki tələbə evinin gənclərin istifadəsinə veriliməsindən, universitetin müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunmasından danışıblar.  Xüsusi vurğulayıblar ki, aqrar sahəyə savadlı kadr hazırlamaq üçün universitetdə hər bir şərait və tam şəffaf mühit mövcuddur. Ixtisas seçimi zamanı bu halların nəzərə alınması təbii ki, gələcəkdə ilk olaraq rahat iş yeri tapmaq, tələbəlik illərində ən yaxşı sosial şəraitə nail olmaq deməkdir.

            Bunlarla yanaşı görüş iştirakçıları ADAU-nun bu günü adlı video material izləyib, təhsil müəssisəsi haqqında daha geniş və dolğun  məlumat əldə ediblər.
             

Əlihüseüyn Şükürov