Balakəndə çay daşıb, 680-dən çox evi su basıb, 8 avtomobil körpüsünü sel aparıb

12 İyun 2018 14:19 (UTC+04:00)
Movqe.az xəbər verir ki, bu barədə "Report"un Şimal-qərb bürosuna Katex kənd icra numayəndəliyindən məlumat verilib. 
Eyni zamanda 680-dən çox evin həyətinə və zirməsinə su dolub, bir neçə piyada keçidi uçub.
*** 13:32
Balakən rayonunun Katex kəndi ərazisindən axan Dəli çay daşıb. 
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, gecə saatlarında başlayan leysan xarakterli yağış nəticəsində çay məcrasından çıxıb. 
Nəticədə Katex kəndinə ziyan dəyib, evlərin əksəriyyətinin zirzəmiləri və həyətləri su altında qalıb.