Şimali Koreya yeni mərmi sınağı keçirməyə hazırlaşır

10 Aprel 2013 16:30 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Cənubi Koreya, Şimali Koreyanın hər an raket sınağı edə biləcəyini iddia edib.
Cənubi Koreya Müdafiə Nazirliyinin bir rəsmisi, Şimali Koreya ordusunun; Scud, orta mənzilli Rodong qısa müddət əvvəl şərq sahilinə daşıdığı mərmilərlə sınaq edə biləcək vəziyyətdə olduğunu bildirib. Şimali Koreyanın 12 fevralda bütün xəbərdarlıqlara baxmayaraq üçüncü nüvə sınağını etməsi etiraza səbəb olmuş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 7 Martda, Pxenyan rəhbərliyinə qarşı yeni sanksiya paketini qəbul etmişdi. Qərara etiraz edən Şimali Koreya, ABŞ-a qarşı "önləyici nüvə hücumu" tənzimləmə haqqını istifadə edəcəyini Cənubi Koreya ilə "döyüş vəziyyətinə" girdiyini açıqlamışdı.