Orta məktəblərə qəbul zamanı ərazi prinsipi nəzərə alınacaq

12 İyun 2018 18:13 (UTC+04:00)

Azərbaycanda ümumi təhsil müəssisələrinə ilk növbədə həmin təhsil müəssisələrinin yerləşdiyi ərazidə yaşayan uşaqlar qəbul olunacaq.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə təklif edilən əlavəyə əsasən, ilk növbədə ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə qəbul olunacaqlar.

 

Umumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.