Rusiyada xəz kürklər yandırıldı - SƏBƏB

13 İyun 2018 14:23 (UTC+04:00)

Rusiyanın Tomsk və Kemerovo şəhərlərində 53 xəz kürk yandırılıb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bu barədə polis tərəfindən mağazalarda aparılan yoxlamadan sonra məhkəmə məmurları qərar çıxarıblar.

Məlumata görə, kürklərin yandırılmasının səbəbi onların düzgün markalanmaması və qeyri-qanuni olmasıdır. Bildirilir ki, yandırılan bütün kürklərin ümumi dəyəri 1,3 milyon rubl (20-dən çox ABŞ dolları dəyərində) təşkil edib.

 

Bütün xəz kürklər isə şəhərin utilizasiya meydançasında yandırlıb.