Hipnozdan nə vaxt istifadə edirlər?

30 Aprel 2012 15:40 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, hipnoz sözlə təlqini nəticəsində insanlarda yuxuyabənzər vəziyyətin xüsusi növüdür. Qeyd edək ki, çox qədimdən gizli elm kimi istifadə olunurdu. Həmçinin hipnoz tornmozlanması fizioloji yuxu tormozlanmasının eynisidir.

Hipnozun dərinlik dərəcələrinə görə fərqli növləri vardır.

İlk növbədə halsızlıq: hipnozun bu halının ən diqqətə çarpan xüsisiyyəti süjetin təlqinə şüursuzca uyğunluq xüsusiyyətidir.

Daha sonra isə katalepsi – yəni donma halı: süjetin gözləri açıq olmaqla birlikdə, əzələləri donma deyilən dərəcədə uzun müddət sabit qalır. Orqanları buraxıldığı mövqedə saxlayır.

Üçüncü hal isə somnambülizm adlanır. Bu yuxudagəzmə kimi məlumdur. Süjet özü üzərindəki idarə qabiliyyətlərini bir az daha şüurlu və əhatəli olaraq təkrar istifadə etməyə başlayır.

Qeyd edək ki,  hipnoz bu gün spiritüalizmdə və parapsixologiyada istifadə edilməsinin yanında, psikoterapiyada, kriminologiyada və sancısız doğum, sancısız diş çəkmə, xarici dili tez öyrənmə kimi müxtəlif məqsədlərdə bir çox sahədə istifadə edilən bir üsuldur.

Türkan Nadirqızı

Movqe.Az