Məktəbli qıza elçi düşdü, "YOX" cavabı aldığı üçün onu...

14 İyun 2018 13:49 (UTC+04:00)

Korarx kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, qızı oğurlayan şəxs qonşularıdır. R.Xəlilov C.Abdullayevanı ailə qurmaq məqsədilə qaçırıb.
Sakinlər deyir ki, hadisə 2-3 gün əvvəl baş verib: "Qız hələ 11-ci sinifdə oxuyur, 17 yaşı bu ay tamam olacaq. Onu qaçıran R.Xəlilov isə 1985-ci il təvəllüdlüdür. O, C.Abdullayeva ilə ailə qurmaq üçün elçi düşsə də, qız və ailəsi razı olmayıb. Ondan sonra qızı qaçırmaq qərarı verib.
Ailəsinin şikayəti əsasında o kənd ərazisində saxlanılıb. Qız ailəsinə təhvil verilib".
Maqsud Mustafayev isə kənd sakini deyil. O, qızı qaçırtmaqda R.Xəlilova köməklik edib.