Dənizdə 1 nəfər batıb - axtarış aparılır

16 İyun 2018 13:40 (UTC+04:00)

Xəzər dənizində bir nəfər batıb.

FHN-dən Movqe.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1967-ci il təvəllüdlü Niyazov Vidadi Əlibala oğlunun Sumqayıt şəhərində dənizdə batması barədə məlumat daxil olub.