"Neftçi" Azərbaycan Premyer Liqasının bombardirini transfer edib

17 İyun 2018 20:32 (UTC+04:00)

"Neftçi" növbəti transferini reallaşdırıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Baqali Dabo ilə müqavilə imzalayıb. Fransız futbolçu 2 il "Neftçi"nin uğurları üçün mübarizə aparacaq. 29 yaşlı hücumçu komandanın heyətində 9 nömrəli formanı geyinəcək. Fransanın "İvri", "Kreteil", "İstres" komandalarında çıxış etmiş Baqali Dabo ötən mövsüm "Qəbələ"nin heyətində 27 oyunda 13 qol vurmaqla Premyer Liqanın ən yaxşı bombardiri olub.