57 yaşlı kişi bıçaqlanaraq öldürülüb

17 İyun 2018 21:00 (UTC+04:00)

Ucar sakini bıçaqlanaraq öldürülüb.

Movqe.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Pirkənd kəndi ərazisində qeydə alınıb.

Ucar rayonunun Pirkənd kənd sakini, 1982-ci il təvəllüdlü Fariz İbrahimxəlil oğlu Qədirov aralarında yaranmış şəxsi münaqişə zəminində rayonun Ənvər Məmmədxanlı kənd sakini, 1961-ci il təvəllüdlü Rahil Ətraf oğlu Abdullayevə bir neçə bıçaq zərbəsi vurub. Yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R. Abdullayev əməliyyat olunarkən xəstəxanada ölüb.