Kürdə 12 yaşlı uşaq batıb

18 İyun 2018 11:26 (UTC+04:00)

Kür çayının Zərdab rayonunun Bıçaqçı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Səmədov Kənan Cabir oğlunun batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Movqe.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.