Bakıda qonşular arasında dava: gənc oğlan xəsətəxanalıq oldu

18 İyun 2018 12:19 (UTC+04:00)

Qaradağ rayonunda dava zamanı 1 nəfər yaralanıb.

"Report" xəbər verir ki, hadisə Qobustan qəsəbəsində baş verib. Təzə Yurd massivi 1 ünvanında 1 nəfər qonşuluğunda yaşayan 2 evin sahibi ilə mübahisə edib. Nəticədə 2000-ci il təvəllüdlü Zərbəliyev Şamil Kamil oğlu döyülüb. O, ağır kəllə-beyin travması aldığından 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib.