Qarabağ-ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşdi

19 İyun 2018 14:45 (UTC+04:00)

İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.  Movqe.az Goal.az-a istinadla xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" komandası I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" (Lyublyana) komandasına rəqib olub. İlk oyun iyulun 10-11-də Lyublyanada, cavab görüşü isə 17-18 iyulda Bakıda keçiriləcək.