Qəbələ-dən ayrıldı, sabiq klubuna qayıtdı

19 İyun 2018 15:44 (UTC+04:00)

Qəbələ ilə yolları ayrılan Vitali Vernidub özünə yeni klub tapıb. Movqe.az-ın Goal.az-a xəbər verir ki, müdafiəçi Ukryananın Zarya klubuna keçib.

Zarya-da 3 yeni oyunçu var ki, onlardan biri də Vitalidir. Hər 3 futbolçu hələlik məşqlərdə iştirak edəcək, yalnız bundan sonra qalıb-qalmayacaqlarına qərar veriləcək. Lakin Vernidubun klubda qalmaq ehtimalı yüksək qiymətləndirilir. İyulun 1-də start götürəcək Sloveniya toplanışı öncəsi sabiq Qəbələ-li ilə münasibətlərin rəsmiləşdirilməsi gözlənilir. Zarya”nın baş məşqçisi Vitali Vernidubun atası Yuri Vernidubdur.

Vernidub Qəbələ-yə 2015-ci ildə məhz Zarya-dan keçib. 31 yaşlı müdafiəçi 2012-2015-ci illərdə bu klubun şərəfini qoruyub.