Bakı səmasında parada hazırlıq uçuşları davam edir

20 İyun 2018 09:57 (UTC+04:00)

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri növbəti uçuşlar həyata keçirib.
Movqe.az-ın məlumatına görə, bu gün səhər saatlarında helikopter və təyyarələr Bakı buxtası üzərində parada hazırlıq uçuşlarını icra ediblər.

Qeyd edək ki, iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.