Elmira Süleymanova: "Azərbaycan yeganə ölkədir ki, burada qısa müddətdə 11 amnistiya aktı, 64 əfv sərəncamı imzalanıb"

20 İyun 2018 12:12 (UTC+04:00)

"Azərbaycan yeganə ölkədir ki, burada qısa müddətdə 11 amnistiya aktı, 64 əfv sərəncamı imzalanıb".

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.

Onun sözlərinə görə, sonuncu əfv sərəncamı əsasında 634 nəfər əfv olunub. Onların 72-sinin adı ombudsman tərəfindən təqdim edilib:

 

"Biz hər ayın son günündə mütləq şəkildə Əfv Komissiyasına müəyyən siyahı təqdim edirik. Ümumilikdə ombudsman tərəfindən təqdim olunmuş siyahı əsasında 638 nəfər əfv olunub. Bu isə böyük bir kütlədir".