Avropa Şurası Ermənistan XİN-in bəyanatını cəfəngiyyat adlandırdı

20 İyun 2018 13:41 (UTC+04:00)

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın guya Azərbaycanın qurumda üzvlüyünün dayandırılması təşəbbüsü ilə çıxış etdiyini bəyan etməsi cəfəngiyyatdır.

Movqe.az xəbər verir ki, bu barədə Trend-ə Avropa Şurası baş katibinin mətbuat katibi Daniil Holdqen deyib.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan T.Yaqlandın rəsmi Bakının AŞ-də üzvlüyünün dayandırılması prosesinə təşəbbüs göstərdiyini bildirib.