Bu il Azərbaycan xarici ticarət əməliyyatlarından müsbət saldosu 2,1 dəfədən çox artıb

20 İyun 2018 19:40 (UTC+04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 11 mlrd. 225 mln. 878,20 min ABŞ dolları təşkil edib.

Movqe.az  Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 3 mlrd. 958 mln. 926,03 dollar və ya 54,48% çoxdur.

Ötən 5 ay ərzində idxal əməliyyatları 3 mlrd. 855 mln. 338,54 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 1 mlrd. 38 mln. 471 min dollar və ya 36,87% çoxdur.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 7 mlrd. 370 mln. 539,66 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 2 mlrd. 920 mln. 455,03 min dollar və ya 65,63% çoxdur.