Zaxarova: "ABŞ kosmosa silah çıxarmaq niyyətindədir"

20 İyun 2018 16:18 (UTC+04:00)

Rəsmi Moskva ABŞ-ın hərbi-kosmik qüvvələrinin yaradılması barədə qərara münasibət bildirib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı danışan Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, bu, Vaşinqtonun kosmosa silah çıxarmaq niyyətini növbəti dəfə təsdiq edir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp hərbi-kosmik qüvvələrin Hərbi Hava Qüvvələrinin tərkibindən çıxarılması barədə göstəriş verib.

 

M.Zaxarova əlavə edib: "Bu addım bir daha sübut edir ki, ABŞ-ın kosmosda hərbi əməliyyatlar aparmağa istiqamətlənmiş planları var.