DİN: Lerikdə yeniyetmə qızın təcavüzə məruz qalması barədə polisə müraciət daxil olmayıb

20 İyun 2018 18:00 (UTC+04:00)

Daxili İşlər Nazirliyi Lerikdə yeniyetmə qızın zorlanması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Movqe.az xəbər verir ki,Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansuzadə APA-nın sorğusuna cavabında bildirib ki, yeniyetmə qızın təcavüzə məruz qalması barədə Lerik rayon Polis Şöbəsinə, eləcə də nazirliyin digər aidiyyəti sutrukturlarına hər hansı məlumat və müraciət daxil olmayıb: “Yeniyetməyə qarşı zorakılıq etməkdə adı hallanan şəxsin evinə hücum olması barədə yayılan məlumatlar da həqiqətdən uzaqdır və bu iddialar təxribat xarakterli dezinformaisyalardır”.

Qeyd edək ki, bəzi KİV-də Lerikdə 7-ci sinif şagirdinin zorlandığı barədə məlumatlar yayılıb.