Neftçala sakini Kürdə boğulub

21 İyun 2018 10:18 (UTC+04:00)

Neftçala sakini Kür çayında boğulub.

Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Surra kəndi ərazisində qeydə alınıb.

Rayonun Aşağı Qaramanlı kənd sakini, 1976-cı il təvəllüdlü Novruzov Baba Fəxrəddin oğlu sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.