Bu yolda hərəkət məhdudlaşdırılacaq

21 İyun 2018 11:17 (UTC+04:00)

 Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Abşeron rayonu, Masazır-Novxanı yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Movqe.az-a verilən məlumata görə, bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.