4 yaşlı uşağın törətdiyi cinayət

10 Aprel 2013 18:46 (UTC+04:00)

ABŞ-ın Nyu Cersi əyalətində 4 yaşlı bir uşaq 6 yaşındakı dostunu başından vurub. Movqe.Az-ın məlumatına görə, Hadisənin baş verdiyi Tom Rivers şəhərinin polis məmuru Maykll Mastronardi, 4 yaşındakı uşağın evindən götürdüyü bir tüfənglə bağçada oynadığı 6 yaşındakı dostunu başından vurduğunu açıqlayıb. Təcili yardımla xəstəxanaya aparılan yaralı uşağın vəziyyətinin ciddi olduğu qeyd edilib.