Azərbaycanda 500 hərbçiyə ev veriləcək

21 İyun 2018 12:37 (UTC+04:00)

"Ali Baş Komandan İlham Əliyev zabit heyətinin sosial bazasının gücləndirilməsi üçün böyük işlər görür. Zabitlərin mənzillərlə təminatı məsələsi həll olunub". 

Movqe.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ordumuzun 100 illiyi ərəfəsində 20 ildən çox xidmət edən 500-ə yaxın zabit dövlət tərəfindən mənzillə təmin olunacaq. 

Z.Həsənov mənzil alacaq zabitlərin siyahısının hazır olduğunu diqqətə çatdırıb. 

Müdafiə naziri vurğulayıb ki, həmçinin il ərzində 300-ə yaxın zabit xidməti mənzillərlə təmin olunacaq. "Onlardan bir qismi mənzil alıb və proses davam edir".