Azərbaycanda bu müəllimlərin maaşı 900 manatı keçdi

21 İyun 2018 13:08 (UTC+04:00)

Azərbaycanda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 3,5 faizi 900 manat və daha çox əməkhaqqı alır.
 
Movqe.az bildirir ki, bunu Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbirində çıxış edən Təhsil İnstitunun direktor əvəzi Emin Əmrullayev deyib. Onun sözlərinə görə, 2014-2017-ci illər ərzində Azərbaycanda 134136 müəllim diaqnostik qiymətləndirmədən keçib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 23,5 faizi 300 manatadək, 35,9 faizi 300-500 manat, 27,1 faizi 500-700 manat, 10 faizi 700-900 manat, 3,5 faizi əməkhaqqı 900 manat və daha çox əməkhaqqı alır.