Günəşdə partlayış baş verdi

21 İyun 2018 19:24 (UTC+04:00)

İyunun 21-i səhər saatlarında Günəşdə partlayış qeydə alınıb.

Movqe.az xəbər verir ki, bu partlayış zəif (C) və orta (M) kateqoriyalar arasında yer alıb.

Qeyd olunur ki, Yerə təsir göstərən ən zəif kateqoriya hesab olunan C kateqoriyalı partlayış sonuncu dəfə bu il martın 30-da qeydə alınıb.

Mütəxəssislər son partlayışın təsirinin çox olmayacağını ehtimal edir.