Ankarada terror aktı törətmək hazırlığında olan İŞID üzvləri həbs edilib

22 İyun 2018 11:00 (UTC+04:00)

Türkiyənin təhlükəsizlik qüvvələrinin Ankarada keçirdiyi antiterror əməliyyatı nəticəsində ölkədə terror aktı törətmək hazırlığında olan14 İŞID üzvü həbs edilib.

Movqe.az Anadolu agentliyinə istinadla xəbər verir ki, eyni vaxtda ayrı-ayrı ünvanlarda keçirilən əməliyyatlar zamanı həbs olunanların hamısı əcnəbidir. Zərərsizləşdirilən qrupun iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri zamanı terror aktı planlaşdırdığına dair dəlillər əldə olunub.

AZƏRTAC