Azərbaycanda yüz manatlarla tərini silib, yerə atdı - VİDEO

22 İyun 2018 15:54 (UTC+04:00)

Azərbaycanda milli pulla tərini silən şəxsin videosu yayılıb.

Movqe.az yenicag.az-a istinadla bildirir ki, o, əlində olan yüz manatlıq əskinaslarla tərini silir, daha sonra pulu əzərək zibil kimi maşının içinə atır.

Onun bu addımı heç də xoş qarşılanmayıb, bu əməl qudurğanlıq adlandırılıb. Bir çoxları da iddia edir ki, həmin şəxsin əlində olan pullar ona məxsus deyil.