Naqelsmannın yeni klubu müəyyənləşib

22 İyun 2018 16:47 (UTC+04:00)

Hoffenheim-in baş məşqçisi Yulian Naqelsmann 2018/19 mövsümü bitən kimi postunu tərk edəcək. Movqe.az goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı mütəxəssis növbətimövsümündən etibarən LIeipzig klubuna yollanacaq. Naqelsmanın Hoffenhrim-la müqaviləsi olsa da, o, artıq indidən sonrakı mövsüm üçün yeni anlaşmaya imza atıb. Gənc məşqçi Leipzig-lə 2023-cü ilədək müqavilə bağlayıb.

Artıq Hoffenheim da rəsmi açıqlama yayaraq, Naqelsmanın qarşıdakı mövsüm bitən kimi komandadan ayrılacağını təsdiqləyib. Naqelsmann 2016-cı ildən bu klubun əsas komandasının baş məşqçisidir. O, daha öncə bu klubun gənclərdən ibarət komandasına rəhbərlik edib.

Almaniya Bundesliqasının ən gənc baş məşqçisi olaraq tarixə keçən Naqelsmanın çalışdırdığı komanda geridə qalan mövsümü 3-cü pillədə başa vurub və UEFA Çempionlar Liqasında mübarizə aparacaq.