Sampaolinin istefası federasiyaya milyonlara başa gələ bilər

22 İyun 2018 17:16 (UTC+04:00)

Argentinanın dünya çempionatına uğursuz startı baş məşqçi Xorxe Sampaolinin istefasını gündəmə gətirib. Artıq futbolçuların onun rəhbərliyi altında oynamaq istəmədiyi barədə xəbərlər yayılır. Movqe.az goal.az-a istinadən xəbər verir ki, federasiya Sampaolinin müqaviləsini pozacağı halda ona 20 milyon avro təzminat ödəməlidir. 2017-ci ildə Edqardo Bausanı əvəzləyən mütəxəsisin müqaviləsi 2022-ci il dünya çempionatına qədərdir.

Argentina mundialın qrup mərhələsində son matçını iyunun 26-sı Nigeriya millisinə qarşı keçirəcək.