Rəfail Mikayılova “Əməkdar mühəndis” fəxri adı verilib

23 İyun 2018 16:00 (UTC+04:00)

Prezident İlham Əliyev Rəfail Mikayılova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Rəfail Qərib oğlu Mikayılova “Əməkdar mühəndis” fəxri adı verilib.