Kürdə 8 gün əvvəl batan yeniyetmənin meyiti tapıldı

25 İyun 2018 10:44 (UTC+04:00)

Kür çayının Zərdab rayonundan keçən hissəsində batan uşağın meyiti tapılıb.

Movqe.az report-a istinadən xəbər verir ki, Zərdabın Bıçaqçı kəndində çayda batan azyaşlı Kənan Səmədovun axtarışları yekunlaşıb. 

Onun meyiti batdığı ehtimal olunan yerdən, təxminən, 20 metr aralıda suyun üzünə çıxıb. Ərazidə olan nəzarətçılərin köməyi ilə meyit sahilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.