Səidə Sultan peşəsini dəyişir? – Foto

30 Aprel 2012 16:16 (UTC+04:00)

Azərbaycanın populyar müğənnisi Səidə Sultan Movqe.Az-a verdiyi açıqlamada pul qazanmaq üçün hər sahədə işləyə biləcəyini qeyd etdi.

 "Əslində insan hər bir işdə işləyə biklər. Qeyd edim ki, bu gün ən çox katibə peşəsinə pis baxırlar. Katibə deyən kimi, artıq ağıla başqa şeylər gəlir. Lakin mənim bu peşəyə böyük hörmətim var. İnsan hərcür işdə çalışa bilər. Bu eyib deyil. Əgər bəylərimiz xanımlara pis yanaşmasalar, belə hallarda olmaz.

Qadın görəndə ki, kişi varlıdı və onu əldə etmək istəyir, fikirləşir ki, niyədə yox? Hər bir qadın yaxşı yaşamaq istəyər", -S.Sultan dedi.

Müğənni bu peşədə işləyə bilərsinizmi sualına isə mənfi cavab verdi.

"Mən katibə kimi çalışa bilmərəm. Ona görə yox ki, ayıbdı. Sadəcə mən söz götürə bilmirəm. Xasiyyətim elə deyil ki, kimsə mənə əmir versin. Allahın işini bilmək olmaz. Bəlkə elə oldu ki, məndə məcbur oldum katibə kimi çalışmağa.

Lakin gərək müdirlə razılığa gələm ki, mənə əmir verməsin, çay istəməsin. Çünki mən heç kimin nökəri ola bilmərəm", - Səidə Sultan dedi.

Türkan Nadirqızı

Movqe.Az