Bakı metrosunda işıqlar söndü - Həyəcanlı anlar

25 İyun 2018 12:31 (UTC+04:00)

Bakı metrosunun "Gənclik" stansiyasında bu gün saat 09:30 radələrində işıqlar sönüb.

Movqe.az xəbər verir ki, bu barədə məlumatı metbuat.az-a həmin vaxt sözügedən stansiyada olan sərnişinlərdən biri məlumat verib. Bildirib ki, sərnişinlər həmin vaxt narahatlıq hissi yaşayıblar.

Məsələ ilə bağlı Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov metbuat.az-a açıqlamasında hadisənin baş verdiyini təsdiq edib:

"Metropolitenə gələn elektrik xəttində gərginlik düşüb. Həmin anda işıqlar qəfil reaksiya verərək sönüb. Avtomatik olaraq ehtiyat mənbələr qoşulub. Problem təxminən 20-30 saniyə çəkib. Qatarın hərəkəti və sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb".