Daha bir məktəbli özünü asdı

25 İyun 2018 12:49 (UTC+04:00)

Tovuzda intihar olub.

Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.